“Qiymət artımları əhalidə ciddi təəssüf doğurur” – deputatbackend

“Qiymət artımları əhalidə ciddi təəssüf doğurur” – deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaz və işığın qiymətinin artırılması ilə bağlı son qərar əhalidə ciddi təəssüf doğurur. Bu artımlar, təbii olaraq əhalinin yaşayışına mənfi təsir edir”.

Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Bizimyol.info saytına açıqlamasında bildirdi. Tarif Şurasının 16 oktyabr tarixli qərarını şərh edən deputat düşünür ki, ölkəmizdə enerji resurslarının qiymətinin bahalaşması ilə yanaşı, əsasən də sosial müdafiəyə ehtiyacı olan təbəqələrin ödənişləri mütləq artırılmalıdır.

Deputat əmək haqlarının, təqaüdlərin və sosial müavinətlərin artırılması istiqamətində də müəyyən addımların atıldığını qeyd etdi. Onun sözlərinə görə, enerji sahəsində qiymət artımlarının yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir.

“Təbii qazın satış qiymətləri, Avropa Birliyi ölkələrində 2000 ABŞ dollarına yaxınlaşıb” – deyə A.Mollazadə vurğulayıb.