Qiymət artımında təkcə sahibkarları günahlandırmaq doğru deyil – Sabiq deputatbackend

Qiymət artımında təkcə sahibkarları günahlandırmaq doğru deyil – Sabiq deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ümumilikdə Azərbaycanda xidmətlər əlçatan deyil. Nəinki xidmətlər, orta statistik Azərbaycan ailələrinin son zamanlar həm qidalanmaya, həm də kommunal xidmətlərin ödənişlərinə vəsaitləri güclə çatır. Ona görə də vətəndaşların böyük əksəriyyəti istirahət haqqında düşünmürlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli bölgələrdə olan turizm obyektlərinin qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyili dərəcədə artmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın daxili turizmi ilə bağlı məsələlər gündəmə gəldikdə əhali qiymət bahalığından şikayət edir:
“Bu da əslində obyektiv səbəblərlə bağlıdır. Orta statistik Azərbaycan əhalisinin nəinki son zamanlar istirahət etməyə imkanı məhdudlaşır, eyni zamanda Azərbaycanda qiymət artmı olduğuna görə ərzaq və kommunal taariflər artıldığından bu baxımdan sahibkarlar verdiyi xidmətlərin qiymətini artırırlar. Fikrimcə, burada təkcə sahibkarları günahlandırmaq doğru deyil. Ümumi tələb və təklif üzərində qurulan bazar iqtisadiyyatında belə hallar müşahidə edilirsə, optimal qiymətlər formalaşmırsa, deməli, idarəetmədə, tənzimləmədə problemlər var. Bu baxımdan həm də alternativlər olmadığı zaman insanlar bilirlər ki, əvvəllər müxtəlif kateqoriyadan olan insanlarımız istirahət üçün qonşu Gücüstan, Türkiyə və Rusiyaya gedirdilər. Belə alternativlər azalıb. Pandemiya səbəbindən gediş-gəliş məhdudlaşıb, quru yollarla əlaqələr bağlıdır. Ona görə də subyektiv hallar mövcuddur və bazar iqtisadiyyatında da əsas olaraq müştərilər çoxdursa, qiymətlər adekvat olaraq artır. Tələb çoxdursa, həmin xidməti təklif edənlərin qiyməti artırmağı bir növ obyektiv səbəblərlə bağlıdır”.
Nazim Bəydəmirli vurğulayıb ki, bölgələrdəki istirahət zonaları əksər hallarda mövsümi işləyir:
“Bu zaman yoxlayıcı orqanların tələbləri yüksək olur. Eyni zamanda yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yoxlama funksiyaları çoxalıb. Bir çox agentliklər, xidmətlər yaranıb ki, reklamdan tutmuş qida təhlükəsizliyinə qədər müxtəlif adlarla sahibkarlardan əlavə vəsait toplamağ məcbur qoyurlar. Bütün bunlar da qiymətin maya dəyərini artırır”.