Qıtlıq olacaq, qiymətlər artacaqbackend

Qıtlıq olacaq, qiymətlər artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ölkədə ərzaq taxılının istehsalını artırmalıyıq, buna potensialımız var”. Bunu Milli Məclisin dünənki iclasında millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, mühüm məsələlərdən biri ərzaq böhranıdır:
“Beynəlxalq təşkilatlar iddia edir ki, guya, bunun qarşısını almaq üçün vəsait ayırıb. Amma həmişə olduğu kimi, onların bu addımları da kifayət etmir.
Çünki onların dedikləri, sadəcə, sənədlərdə qalmağa davam edir. Beynəlxalq təşkilatlar problemi çox ləngdir, operativ surətdə həll edə bilmir. Bu isə bütün ölkələrə 2 formada təsir göstərəcək: – qıtlıq və qiymətlərin artması. Ərzaq taxılı alınmasında problemlərimiz var.
 
İdxalın şaxələndirilməsi lazımdır. Çünki biz taxılı əsasən, Rusiyadan alırıq. Ona görə də Azərbaycanda taxılın istehsalını artırmalıyıq”.