“Qış sınağı”ndan çıxmayan Bakı: “Böyük şəhər bələdiyyəsi yaradılmalıdır”backend

“Qış sınağı”ndan çıxmayan Bakı: “Böyük şəhər bələdiyyəsi yaradılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə havanın temperaturunun aşağı düşməsi və yağan qar paytaxt təsərrüfatında bir sıra sıra problemləri üzə çıxarmış oldu. Müxtəlif sahələrdə yaranan problemlər bir daha göstərdi ki, Bakıda kommunal xidmət göstərən qurumlar qışa hazır deyil.

Bir sıra ekspertlər hesab edir ki, problemlərin kökündə dayanan məsələ həm də idarəetmə ilə bağlıdır. Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov TİA.AZ-a açıqlamasında deyib ki, son günlər havanın soyuması şəhər təsərrüfatında ciddi problemlərin mövcud olduğunu üzə çıxarıb: “Biz bu və ya digər məsələlərlə bağlı zaman zaman öz fikirlərimizi bildirmişik. Bakı şəhərində və respublıkanın diğər bölgələrində yağan qarın törətdiyi fəsadların bir daha sahıdı olduq. Məlum oldu ki, səhər təsərüfatı qışa hazır deyil. Hər il bu istiqamətə büdcədən kifayət qədər pul xərclənir, texnika alınır. Amma ortada keyfiyyətli iş yoxdu.

Qar və güclü yağış, bəzəm külək səhər təsərüfatını ifliç edir. Yollar buz bağlayır, işıqlar sönür, su xətləri sıradan çıxır, su kəsilir və sairə. Buda onun göstəricisidir kı, işlək mexanizm yoxdur və ayrı-ayrı sahələr vahıd mərkəzdən idarə olunmur. Pərakəndəlik və məsuliyyətsizlik hökm sürür”.

Əli Cəfərovun fikrincə, şəhərə təsərrüfatının idadə olunmasında demokratik idarəetmə modeli olan qonşu dövlətlərin təcrübəsindən istifadə etmək lazımdır: “Qonşu dövlətlərdə, əsasən də Türkiyə və Gürcüstan modelindən yararlanmaq olar.

Beləki iri səhərlərdə bələdiyyə və mer institutunun yaradılması mümkündür. Bakı şəhərinin hər bir rayonunda 2 -3, bəzən də daha çox səlahiyyətsiz bələdiyyələr var. Amma heç bir fəaliyyətləri belə yoxdur. Bunun üçündə seçkı yolu ilə mərkəzləşmiş səhər bələdiyyəsi yaradılmalıdır. Və onlara səhər təsərüfatını idarə edilməsi üçün səlahiyyət verilməlıdir. İcra strukturları ləğv edilməlı və seçkl yolu ilə mer institutu yaradılmalıdır. Bununlada müəyyən uğurlar əldə etmış olarıq”.