Qırx bir uşağın nazir valideyni (SİYAHI)backend

Qırx bir uşağın nazir valideyni (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son illər Azərbaycanda yüksək ranqlı vəzifələrə kadr islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib. 
Qaynarinfo 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agetlik rəhbərlərinin  övladları ilə bağlı araşdırma edib. Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var.
Baş nazir Əli Əsədov – Ailəlidir, iki övladı var.
Müdafiə naziri Zakir Həsənov – Ailəlidir. Üç övladı var.
Müdafiə Sənayesi naziri Mədət Quliyev –  4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var.
Daxili İşlər naziri Vilayət Eyvazov – Ailəlidir, üç övladı var.
İqtisadiyyat naziri Mikayıl Cabbarov – Evlidir, 2 övladı var.
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov – Evlidir, 2 övladı var.
Təhsil naziri Emin Əmrullayev – Ailəlidir, 2 övladı var.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev – Ailəlidir, 2 övladı var.  21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi.
Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev – Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat əldə edə bilmədik.
 
Kənd Təsərrüfatı Naziri İnam Kərimov – Evlidir, iki övladı var.
Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev – Ailəlidir, 2 övladı var.
Energetka Naziri Pərviz Şahbazov – Ailəlidir. İki övladı var.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev- Ailəlidir, övladı yoxdur.
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  – Ailəlidir, 3 övladı var.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – Ailəlidir, 3 övladı var.
 
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev – Ailəlidir, 2 övladı var.
Bakı Metropoliteyninin sədri Zaur Hüseynov – Ailəlidir, bir oğlu və bir qızı var.
 
Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev – Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov – Evlidir, iki övladı var.
 
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev – Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – Evlidir.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev –  Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova – Ailəlidir, bir qızı var.