Qırğızıstanın eks-prezidenti etirazçılar tərəfindən həbsxanadan azad edilib-VİDEObackend

Qırğızıstanın eks-prezidenti etirazçılar tərəfindən həbsxanadan azad edilib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad olunub.

TİA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib. Aksiyaçılar parlament seçkilərinin nəticələri ilə razı deyillər. Buna görə də Prezident Administrasiyasının və parlamentin yerləşdiyi binanı ələ keçiriblər.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəi sürülüb və o, azadlıqdan məhrum edilib. Almazbek Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib heab edir.