Qırğızıstan prezidenti Covid-19 xəstəliyinin müalicəsini təbliğ edir – “İssık-kul kökü” iləbackend

Qırğızıstan prezidenti Covid-19 xəstəliyinin müalicəsini təbliğ edir – “İssık-kul kökü” ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan prezidenti Sadır Jarapov koronavirusu issık-kul kökü ilə müalicə etməyi məsləhət görür. Guya belə müalicənin sayəsində 3 günə sözügedən xəstəliyi müalicə etmək mümkün olur.

Qırğızıstanın prezidenti Sadır Jarapov aprelin 16-da issık-kul kökünün suyu («nastoy») ilə koronavirusun müalicəsi barədə qeyri-adi bəyanatla çıxış edib. Özünün İnstaqramında o, yazıb: «Bizim həkimlər xəstəliyin bir-iki gündə başlanğıc mərhələdə müalicə üsulunu tapıblar».

Bu mətni müşayiət edən videoda göstərilir ki, «İssık-kul kökü» yazılmış butılkaya hansısa maye tökülür. Təlimatda göstərilir ki, vasitə mədənin xərçəngi və koronavirus xəstəliklərindən kömək edir.

İnanılmazdır ki, səhiyyə naziri Alımkadır Beyşenaliyev Qırğızıstanda bu maye ilə xəstəliyin müalicə edildiyini, hətta özü də ondan istifadə etdiyini təsdiqləyir.

«Məhlulu mən özüm hazırlayıram. Sağlamlığa zərəri yoxdur. İsti halda içmək lazımdır, bir-iki günə PZR-tes müsbət olur və o saat insan yüngülləşir. O, bəlğəm gətirici vasitə kimidir, şəkər də verir. Xəstəyə məsul olan hər həkim pasiyentə nəzarət edir, yanında oturur və o, isti məhlulu içir» – nazir bildirib («24.kq.»).

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qırğızıstan missiyasının başçısı Nazirə Artıkova bəyan edib ki, issık-kul kökü ilə Covid-19 xəstəliyinin müalicəsi mümkün deyil. Əyani təbabət üzrə ekspert Bermet Barıktabasova xəbərdarlıq edib ki, issık-kul kökü güclü və az öyrənilmiş zəhərdir.

Qırğızların bu «müalicəsi» lap Türkmənistan prezidentinin (o da ixtisasca həkimdir!) «üzərlik üsulu»na bənzəyir.