Qırğızıstan müxalifəti prezidentin vəzifəsindən uzaqlaşdırılmasına qərar verdibackend

Qırğızıstan müxalifəti prezidentin vəzifəsindən uzaqlaşdırılmasına qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan müxalifəti hazırkı prezident Sooronbay Jeenbekovun vəzifəsindən kənarlaşdırılmasına nail olmaq niyyətindədir.

TİA.AZ xəbər verir ki, bunu müxalifətçi “Çon Kazat” milli-vətənpərvər partiyasının nümayəndəsi Maksat Mamıtkanov bildirib.

“Biz Sooronbay Jeenbekovun vəzifəsindən kənarlaşdırılmasını nail olmaq niyyətindəyik”, – Mamıtkanov deyib.

“İnterfaks” xəbər verir ki, o, müxalifət partiyalarının Qırğızıstanın yeni konstitusiya qəbul etməsində israrlı olduğunu əlavə edib.

Xatırladaq ki, Qırğızıstan parlamentinə seçki 4 oktyabrda keçirilib. İlkin nəticələrə görə, dörd partiya qanunverici orqana daxil olub: “Birimdik” (Birlik, hökumət tərəfdarı partiyası), “Mekenim Qırğızıstan” (Yurdum Qırğızıstan, hökumət tərəfdarı partiyası), “Qırğızıstan” (mərkəzçi partiya) və “Butun Qırğızıstan” ( “Bütöv Qırğızıstan”, mərkəzçi partiya).

 

Hakim partiya seçkiləri yenidən keçirməyə razı olub.