Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin sədri sakinlərlə görüşüb

30 İyun

İyunun 30-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında Qida Təhlükəsizliyi İnstitutunda və digər yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən Sumqayıt və Xırdalan şəhərlərinin sakinləri ilə görüşüb.

Yerli televiziyada əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müracət edən  vətəndaşları qəbul edən Agentlik sədri iş üçün müraciət edən iddiaçıların peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını yoxlayıb, müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.

Q.Təhməzli görüşə gələn şəhər sakinlərinə dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunmasına, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün münbit şəraitin yaradılmasına və əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.