Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşüb, onları maraqlandıran suallara cavab verib

17 May

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Mayın 16–da fəaliyyətə başlamış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşmüş, stendlərlə tanış olmuşdur.

Sərgidə iştirak edən “Özdad” MMC, Gilan Holdinq və digər şirkətlərin nümayəndələrini dinləyən Agentlik sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb. Həmçinin, sədr müasir standartlara cavab verən, beynəlxaq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyyə verib.

Q.Təhməzli Agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.

TİA.AZ