Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin sədri İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyası ilə tanış olub

14 May

14 may 2018-ci il tarixində  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nərimanov rayonunda yerləşən Mərkəzi Qida və Qeyri-Ərzaq Mallarının Sınaq Laboratoriyasına baxış keçirib. Sədr Mərkəzin fəaliyyəti, maddi-texniki bazası və  əməkdaşların bilik səviyyəsi ilə tanış olub.

Aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayan Q.Təhməzli  gələcəkdə bu istiqamətdə həyata keçiriləcək yeniliklərdən bəhs edib. Agentliyin sədri həmçinin, iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

TİA.AZ