Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdədir

07 İyun

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış işçi qrupu ve qida sahəsində fəaliyyət göstərən özəl şirkətlərdən ibarət nümayəndə heyəti Avropa İttifaqinin “Qida və Yem Məhsullarinin Təhlükəsizliyinə Rəsmi Nəzarət Sahəsində Azərbaycan Hökumətinin İnstitusional Bacarıqlarının Gücləndirilməsi” layihəsi çərçivəsində Niderland Krallığına işgüzar səfər edib.

Səfər müddətində nümayəndə heyəti Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Qurumunda (NVWA) görüşlər keçirib. AQTA əməkdaşları qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması sahəsində Niderland Krallığının təcrübəsi ilə tanış olublar.

Bu sahədə tətbiq olunan müasir metodlar, habelə qida təhlüksizliyinə sistematik yanaşmanın vacibliyi haqqında fikir mübadiləsi aparan nümayəndə heyəti Vageningenin Tədqiqatlar Universitetinin “RIKILT” istinad laboratoriyasının icraçı direktoru Dr. Robert fon Qorkom ilə görüşüb, laboratoriyanın xidmətləri ilə tanış olub.

Sonda nümayəndə heyəti NVWA-nin iş prosesi ilə tanış olmaq məqsədilə Niderlandın ən iri ət kəsim məntəqəsinə baxış keçirib.

TİA.AZ