Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyi beynəlxalq əlaqələrini genişləndirir

11 İyun

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və qida sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələrindən ibarət işçi qurup Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə nümayəndəsi xanım Nadej Lebusk ilə Brüsseldə görüş keçirib.

Görüş zamanı ÜHST nümayəndəsinə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Heyvan sağlamlığı və qida təhlükəsizliyinə nəzarət üzrə ÜHST-nin roluna dair fikir mübadiləsi aparılıb, mövcud vəziyyət müzakirə olunub.

Xatırladaq ki, ÜHST 1920-ci ildə Belçikada iribuynuzlu qaramalda taun xəstəliyinin baş verməsindən sonra 25 yanvar 1924-cü ildə Parisdə yaradılıb. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ÜHST-ni zoonoz xəstəlikləri də daxil olmaqla heyvan sağlamlığına dair beynəlxalq standartları müəyyən edən istinad təşkilatı kimi tanıyır. Hazırda təşkilata 182 ölkə üzvdür. Ölkəmiz bu təşkilata 1995-cü ildən etibarən üzvlüyə qəbul edilib.

TİA.AZ