Tribuna İnformasiya Agentliyi

QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər

16 Oktyabr

Həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması ilə bağlı son günlər ölkə rəhbərliyinə ardıcıl müraciətlər edilir. Jurnalistin vəkili Nemət Kərimli ötən gün özünün facebook hesabında müdafiə etdiyi şəxsin sağlıq durumunun ağır olduğu haqda status paylaşmışdı. Bundan sonra bir neçə tanınmış jurnalist, o cümlədən Milli Məclis üzvləri ölkə başçısına Ə.Muxtarlının azadlığı üçün müraciət etdilər.

Oktyabrın 16-da isə Azərbaycanın tanınmış QHT nümayəndələri (37 nəfər) prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş ediblər.

Həmin müraciəti təqdim edirik:

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə

Aİ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platforma üzvləri tərəfindən

Müraciət

Cənab prezident.

Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Ə.Muxtarlının sağlamlığına çox ciddi risklər var. Xüsusi ilə də o, şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir.

Jurnalist Ə.Muxtarlının sağlamlığındakı bu ciddi riskləri nəzərə alaraq, onun müvafiq tibb müəssisələrində müalicə olunması üçün ən qısa zamanda azadlığa buraxılmasını xahiş edirik.

Hörmətlə,

İmzalar:

1 Anar Məmmədli  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
2 Aynurə Abdullayeva “Yaşıl İşıq” Hərəkatı
3 Bəşir Süleymanlı Vətəndaş Hüquqları İnstitutu
4 Bəxtiyar Hacıyev İctimai Siyasət İnstitutu
5 Davud Məmmədov İctimai fəal
6 Dilarə Əfəndiyeva  Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyəti
7 Elçin Abdullayev Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai
Birliyi
8 Elçin Sultanov Azərbaycan Ornitoloji Cəmiyyəti
9 Eldar Zeynalov Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi
10 Əliməmməd Nuriyev “Konstitutsiya” Araşdırılması Fondu
11 Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi
12 Əvəz Zeynallı Jurnalist
13 Günel Səfərova Vətəndaş Araşdırma və İnkişaf İB
14 Himayət Rizvanqızı “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi
15 İlqar Hüseynli Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar
16 İlqar İbrahimoğlu Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi
17 Kamran Mahmudov Jurnalist
18 Leyla Əliyeva Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
19 Mehman Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu
20 Mirvari Qəhrəmanlı Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi
21 Natiq Cəfərli Cümhuriyyət Araşdırmalar Mərkəzi
22 Qalib Toğrul İqtisadi Tədqiqatlar Mərkəzi
23 Rafiq Təmrazov Bərabər İmkanlar Mərkəzi
24 Rəsul Cəfərov İnsan Haqlari Klubu
25 Rövşən Novruzov Gəncə Uşaq Fondu
26 Ruhəngiz Hüseynova Qadınlar Arasında Həmrəylik
27 Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına
Yardım Fondu
28 Samir Əliyev İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi
29 Şəhla İsmayıl Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti
30 Sevil Allahverdiyeva Qadın Problemlərinin Tədqiqatları Mərkəzi
31 Sevil Yüzbaşeva Eko- Aləm İctimai Birliyi
32 Tatyana Kryuçkina Jurnalist
33 Vüsalə Hüseynli Demokratik İslahatçı Gənclər İctimai Birliyi
34 Xalid Ağalıyev Media Hüququ İnstitutu
35 Xalid Vahidoğlu Regional İnsan Hüquqları və Media Mərkəzi
36 Zaur Əkbər Gənclər Klubu İB
37 Ziya Quliyev Hüquqi Təşəbbüslər Mərkəzi İB

Musavat.com