Qəza zamanı sürücü yalnız bir şərtlə məsuliyyətə – Cəlb Olunmayacaqbackend

Qəza zamanı sürücü yalnız bir şərtlə məsuliyyətə – Cəlb Olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasıyla bağlı yeni bəndin əlavə edilməsi təklif edilir. 

TİA.AZ xəbər verir ki, təklif edilir ki, Məcəllənin 327-ci maddənin “qeyd” hissəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1″ Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.

Qeyd edək ki, 327.6- cı maddədə bildirilir ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.