Qəza törədən avtomobil icra başçısının müavininə məxsusdurbackend

Qəza törədən avtomobil icra başçısının müavininə məxsusdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimi kimi, Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb. Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

TİA.AZ  32gun.news-a istinadən xəbər verir ki, 35-AA-005 dövlət nömrə nişanlı avtomobil Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Gülayə Həsənovanın xidməti avtomobilidir.

Qəza baş verdiyi zaman avtomobili G.Həsənovanın sürücüsü idarə edirmiş.