Tribuna İnformasiya Agentliyi

Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, yağış yağacaq (XƏBƏRDARLIQ)

11 Avqust
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Eyni zamanda avqustun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.