backend

Qeyri-iş günlərinin sayı dəyişib? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayında dəyişiklik olmayıb. 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayında dəyişiklik olmayıb.

TİA.AZ xəbər verir ki, bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

A.Əli qeyd edib ki, əvvəl elan olunduğu kimi, bayramlarla əlaqədar ölkədə 5 gün iş olmayacaq:

“2016-ci il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci il 1 və 2 yanvar tarixləri də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyi üçün 3 və 4 yanvarda da iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur”.