Qeyri-etik videosu yayılan müəllimlə  bağlı son durum – Təhsildən tam kənarlaşdırıldıbackend

Qeyri-etik videosu yayılan müəllimlə bağlı son durum – Təhsildən tam kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə əxlaqsız təklif etməsilə bağlı intim görüntülər yayılmışdı.

 

Yayılan videogörüntüdən sonra həmin müəllimin kimliyi müəyyən edildi və DİN tərəfindən bu istiqamətdə araşdırmalara başlanıldı.

 

Bəs hazırda vəziyyət nə yerdədir? Məsələyə universitetin mövqeyi necə oldu?

 

Mövzu ilə bağlı universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, həmin müəllim tədrisdən kənarlaşdırılıb:

 

“Həmin müəllim tamamilə tədrisdən kənarlaşdırılıb. Hazırda Daxili İşlər Nazirliyinin bu istiqamətdə araşdırmaları davam edir, yekun nəticə məlum deyil. Araşdırmalar başa çatdıqdan sonra rəsmi məlumat veriləcək. Biz də araşdırma prosesilə yaxından maraqlanırıq. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev də hələlik araşdımaların davam etdiyini qeyd edir. Əvvəllər həmin müəllimlər bağlı hər hansı bir şikayət olmayıb”.

 

Qeyd edək ki, Elşad Rəhimov universitetin Baytarlıq və aqrar fənlər kafedrasının 0,5 saat ştatlı müəllimi olub.