Qətli Rövşən Əkbərov törədib – Orucəli Hacıyevlə Nazim İbrahimovun ifadəsibackend

Qətli Rövşən Əkbərov törədib – Orucəli Hacıyevlə Nazim İbrahimovun ifadəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Hərbi Məhkəməsində general Rövşən Əkbərovun cinayət işi üzrə keçirilən hazırlıq iclasında iki vəzifəli şəxsin şahid kimi çıxış etdiyi məlum olub. Onlar R.Əkbərovun qətli törətdiyi barədə ifadə veriblər.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, iclasda Rövşən Əkbərovun anket məlumatları dəqiqləşdirilib.

R.Əkbərovun vəkilləri vəsatət verərək istintaq zamanı kobud qanun pozuntularına yol verildiyini bildirərək cinayət işinə xitam verilməsini istəyiblər.

Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxəliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.

Vəkillər qeyd ediblər ki, sözügedən şəxslər hadisə olan zaman verdikləri ifadələrində qətli kimin törətdiyini bilmədiklərini desələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Əkbərovun öldürdüyünü deyiblər.

Daha sonra generalın vəkilləri onun ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.

Qətlə yetirilən Elçin Əliyevin hüquqi varisinin nümayəndəsi, vəkil Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Müşavirədən sonra hakim mülki iddianın icraata qəbul edildiyini açıqlayıb, vəkillərin vəsatətləri isə təmin edilməyib. Proses iyulun 30-u saat 11-də davam etdiriləcək.

Məlumata görə, Məzahir Şıxəliyev sabiq daxili işlər naziri İsgəndər Həmidovun cangüdənlərindən biri olub.