QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ PROSESİ BAŞLADI: ZƏNGƏZUR, GÖYÇƏ VƏ…. – DEPUTAT AÇIQLADIbackend

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ PROSESİ BAŞLADI: ZƏNGƏZUR, GÖYÇƏ VƏ…. – DEPUTAT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbi Azərbaycan icmasının yaranması ölkəmizin ictimai-siyasi, sosial həyatında çox mühüm hadisədir”.

Bunu TİA. Az-a açıqlamasında deputat Musa Quliyev “Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılması ilə bağlı fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, icmanın qarşısında çox böyük tarixi missiya dayanır:

” Bu işlərin həyata keçirilməsi üçün mütləq icmanın bir yol xəritəsi və fəaliyyət proqramı qəbul olunmalıdır.


Düşünmürəm ki, yalnız Əziz müəllimin söylədiyi 1988-ci ildə Ermənistandan köçürülmüş qaçqın düşənlərin statusu ilə bağlı qanuna yenidən baxılması bu dəqiqə nəyisə həll etməyəcək. Çünki biz kompleks proqrama baxmalıyıq. O insanların demək olar ki, hamısına Azərbaycan vətəndaşlığı verilib. Sadəcə olaraq bizim fəaliyyətimiz daha çox beynəlxalq ictimaiyyəti, beynəlxalq hüququ bu sahədə məlumatlandırmaq və təminatlar yaratmaqdır ki, bu insanlar öz ata-baba yurdlarına hansı qaydada qayıda bilərlər. Hesab edirəm ki, bu gün Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq güclərin maraqlarının ortada olması bəllidir. Yəqin ki, bu güclər Ermənistanı məcbur edəcək ki, Zəngəzur dəhlizi açılsın və Naxçıvanla Azərbaycanın digər əraziləri arasındakı qırılmış quru yolu bərpa olunsun. Bununla yanaşı Qarabağ ərazisində ermənilərin Azərbaycan vətəndaşlığı qəbul edərək yaşamasına biz təminatlar veririksə, Ermənistan ərazisində daha uyğun olar ki, Zəngəzur ərazisində də vaxtilə Ermənistan ərazisində yaşamış insanların yenidən geriyə qayıdaraq məskunlaşması, imtiyazlarının bərpası gündəmdə olmalıdır. Məncə, bu istiqamətdə fəaliyyətimiz daha faydalı olardı. Qanuna baxılmasına qaldıqda isə bu da mümkün bir məsələdir. Amma dediyim kimi qanuna baxılmazdan öncə ekspertlərin iştirakı ilə bir neçə istiqamətdə dinləmələr keçirilməli, məqsədlər müəyyənləşdirilməli, yol xəritəsi və proqram qəbul olunandan sonra hüquqi bazanın yaradılması istiqamətində addımlar atıla bilər”.

Aytac

TİA. Az