backend

Qərb Universitetində seminar keçirilib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki








 

Qərb Universitetində “Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirilib

Bu barədə TİA.AZ-a sözügedən təhsil ocağının ictimaiyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Verilən məlumata görə Qərb Universiteti tələbələrinin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir. Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər təşkil edilir.

Bu gün universitetdə iqtisadiyyat üzrə təhsil alan tələbələr üçün ABŞ-ın Vaşinqton Universitetinin məzunu, iqtisad elmləri namizədi Vüqar Bayramovun seminarı təşkil edilib.

“Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusundakı seminarda tanınmış iqtisadçı dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin ölkəmizə təsirləri barədə tələbələrə məlumat verib.

Daha sonra sual-cavab paneli olub, qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.