Qərb məşhurlarının Putinə dəstəyi azalır: Köhnə dostlar fikrini dəyişirbackend

Qərb məşhurlarının Putinə dəstəyi azalır: Köhnə dostlar fikrini dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qərbli məşhurlar içində Rusiya və Putinin dostları kimi tanınan adamların Rusiyanın Ukraynaya hücumu fonunda mövqeləri dəyişir.
Qaynarinfo bu barədə “The Guardian” qəzetinə istinadən xəbər verir.
Müharibəyə qədər Rusiya və şəxsən Putinin dostları olan və Rusiya prezidentinə təriflər deyən məşhurlar indi onu tənqid etməyə başlayıblar.
Onlardan biri Putinlə şəxsi münasibəti olan və 2016-ci ildə Rusiya vətəndaşlığı almış aktyor Steven Seqaldır. Bundan əvvəl o Rusiya tərəfindən Krımın işğalını məntiqli hesab etmiş və Rusiya prezidentini dünyanın yaşayan ən böyük liderlərindən biri adlandırmışdı.
Aktyor Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında kənar qüvvənin iki ölkəni toqquşdurduğunu bildirib.
Seqaldan fərqli olaraq digər məşhurlar ehtiyatlı danışmağa çalışmır.
Rusiyanın və Putinin dostlarından ilk olaraq Jerar Depardye Rusiyanın Ukraynadakı müharibəsini pisləyib.
O, rus xalqının Putin kimi liderlərin çılğın, qəbuledilməz zorakılığına görə məsuliyyət danışmadığını bildirib. Bundan əvvəl o, məktubunda “prezident Putin, mən sizi sevirəm və bu qarşılıqlıdır” yazmışdı.
Aktyor 2013-cü ildə Rusiya vətəndaşlığı alıb.
Putinin maço tərz idarəçiliyinə rəğbət bəsləyən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni də son hadisələrdən sonra məyusluq keçirənlərdəndir.
Berluskoni 2014-cü ildə Krımın işğalından az sonra Rusiya prezidenti ilə Krım üzüm bağlarına səfər etmişdi.
O son baş verənlərdən sarsıldığını və Rusiyanın Buça və digər yerlərdə törədilən cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.
Rusiyanın Ukraynanı işğalını pisləyən daha bir məşhur isə rejisor Oliver Stoundur. O, 2017-ci ildə çəkdiyi sənədli filmdə Rusiyanın Krımdakı hərəkətlərini dəstəkləmişdi.
Bu günlərdə rejisor Twitter səhifəsində Rusiyanın Ukraynadakı aqressiyasını səhv adlandırıb.
“Amerikanın öz vicdanında bir çox aqressiv müharibələri olsa da, bu, Putinin Ukrynadakı aqressiyasına bəraət qazandırmır. Rusiya hücum etməkdə səhv edib”, – o yazıb.
Britaniya Müdafiə və Təhlükəsizlik mərkəzinin əməkdaşı Mark Qaleottiyə görə, Putinin keçmiş dostlarının tənqidləri onu göstərir ki, Rusiyanın təcridi böyüyür.
“Məlum olursa ki, özünü böyük güc adlandıran ölkənin həqiqi dostları Suriya, Venesuela və Nikaraquadır onda siz nəyin səhv getdiyini soruşmalısınız”, – o bildirib.