Qəlyana görə həbs və 400 manat cərimə – VİDEObackend

Qəlyana görə həbs və 400 manat cərimə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qaradağ rayonu Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müştərilərə qəlyan təklif edən obyekt aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən “Nur” istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub. Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə səkkiz sutka inzibati qaydada həbs edilib. Obyektdə qəlyandan istifadə edən iki müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.
Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.