“Qələbəmizin rəmzi olan yumruq həm güc,həm də birlikdir!”backend

“Qələbəmizin rəmzi olan yumruq həm güc,həm də birlikdir!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli şüurun yüksəldilməsiüçün ardıcıl addımlar atmışdır.1920-ci illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görmüşdür.

1969-1982-ci illərdə Yevlaxdan,Ağdamdan Xankəndinə dəmir yolu çəkilmiş,Dağlıq Qarabağda yeni müəssisələr açılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi.Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi.Ulu Öndərin uzaqgörənliyi,doğma xalqına bağlılığı ,doğma ədəbiyyatına .mədəniyyətinə olan sevgisiMolla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində dəözünü göstərib.

1992-ci ildə səriştəsiz kadrlardan formalaşmış AXC hakimiyyəti talançılığı dövlət siyasətinəçevirib,rüşvətxorluğu öz ideoloji prinsipi elan edib,satqınlığı ,fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb.

Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan iflasdan xilas olmuş,milli inkişafın,milli dövlətçiliyin yeni mərhələsi başlamışdır.

44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən təzyiq və təhdidlərə baxmayaraq ,Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geridönməmişdir və torpaqlarımız erməni işğalından azad olunmuşdur.

Qələbəmizin rəmzi olan yumruq həm güc,həm də birlikdir!

Azərbaycan bundan sonra daha da güclü olacaq!

Masallı rayon, Güllütəpə kənd sakini Mütəllimov Vahid Səlim oğlu