Qəfil başlayan qasırğa fəhlələri ölümün ağuşuna atdı – ANBAAN VİDEObackend

Qəfil başlayan qasırğa fəhlələri ölümün ağuşuna atdı – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəfil başlayan qasırğa çoxmərtəbəli hotelin pəncərələrini silən fəhlələrin həyatı üçün təhlükəli anlar yaşadıb.

Bununla bağlı “Daily Mail” kadrlar yayımlayıb.

Hadisə ABŞ-ın Florida ştatında qeydə alınıb.

Videodan görünür ki, fəhlələrin üzərində durduqları platforma küləyin təsirindən havada dövrə vuraraq dəfələrlə binaya çırpılıb.

Kadrları qeydə alan şahidin sözlərinə görə, həmin gün hava günəşli və sakit olub, qasığa qəfil başlayıb. O bildirib ki, fəhlələr platformanı sabit vəziyyətə gətirmək üçün təqribən 20 dəqiqə əziyyət çəkməli olublar, sonra isə eyvanlardan birinə çıxıblar.

Qeyd edilib ki, hadisə vaxtı leysan yağışlarla müşaiyət olunan küləyin sürəti saatda 47 mil (saniyədə 20,9 metr) olub.