“Qəbələnd” əyləncə mərkəzi məhkəməyə verildibackend

“Qəbələnd” əyləncə mərkəzi məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Retail Partners” MMC “Qabaland” MMC barəsində Şəki Kommersiya Məhkəməsində iddia qaldırıb. 

Qaynarinfo xəbər verir ki, iddia hakim Rüfət Məcidovun icraatındadır. İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

“Baku Retail Partners” MMC 3 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Bilalov Akif Gündüz oğludur.

Akif Bilalov və qanuni təmsilçisi olduğu şirkət barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

“Qabaland” MMC-yə gəlincə, şirkət 22 yanvar 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20.20 AZN, qanuni təmsilçisi isə Süleymanova Şəbnəm Fərman qızıdır.

Şəbnəm Süleymanova həm də “Qafqaz-Qəbələ” MMC-nin qanuni təmsilçisidir.

Bu şirkət Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının subyektlərindən hesab edilir. Mediada Kəmaləddin Heydərovun şirkətləri barədə dərc edilən araşdırma materiallarında “Qabaland” MMC-nin də nazirə məxsus olduğu qeyd edilir.

“Qabaland” Qəbələdə ən popular əyləncə mərkəzlərindən biridir.