Qəbələdə təbiətə 1 675 manatlıq ziyan dəyibbackend

Qəbələdə təbiətə 1 675 manatlıq ziyan dəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağacları kəsən şəxslər cəzalandırılacaq

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov  TİA.AZ-a bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub: “Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib”.