“Qazıntı işləri zamanı bəzi ərazilərdə optik kabel zədələnib” – Delta Telekombackend

“Qazıntı işləri zamanı bəzi ərazilərdə optik kabel zədələnib” – Delta Telekom

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq internetə olan tələbat bir neçə dəfə artmışdır. Bunu nəzərə alaraq “Delta Telekom” tərəfindən yaranmış tələbatı ödəməsi üçün provayderlərin trafiki artırılmışdır. Bu isə bütün istiqamətlərdə ehtiyat (rezerv) xətlərdən istifadə olunmasına, eləcə də normadan artıq yüklənmələrə səbəb olur.

Yüklənmələr və baş verə biləcək digər neqativ halların vaxtında qarşısının alınması məqsədilə əməkdaşlarımız karantin rejiminin tələblərinə əməl etməklə 7/24 rejimində fəaliyyət göstərirlər.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif təşkilatlar (yol, tikinti, ekologiya və s.) tərəfindən aparılan qazıntı işləri zamanı ehtiyatsızlıq nəticəsində optik kabellərin zədələməsi internetin verilməsində ciddi sıxıntılar yaradır. Rezerv xətlərin yüklənməsi halında isə işləri daha da çətinləşdirir.

Bu gün Bakı şəhərində əsən güclü küləyin fəsadlarının qarşısının alınması məqsədilə aidiyyatı orqanlar tərəfindən yaşıllıqlarda aparılan profilaktik tədbirlər zamanı yeraltı optik kabel zədələnmişdir. Əməkdaşlarımız tərəfindən dərhal həmin trafik müxtəlif ehtiyat xətlərə yönləndirilsə də, trafikdə sıxlıq yaşanmış və bəzi ərazilərdə internetdə donma və kəsinti kimi hallar müşahidə olunmuşdur.

Əməkdaşlarımız tərəfindən kabelin tam bərpa olunması istiqamətində işlər həyata keçirilir və ən qısa zamanda yekunlaşdırılacaqdır.

Bir daha qazıntı işləri ilə məşğul olan təşkilatların nümayəndələrinin nəzərinə çatdırırıq ki, qazıntı işləri zamanı diqqətli olsunlar.