QAZİNİN İNTİHARI: TANINMIŞLAR SAHİL BABAYEVİ VƏ İCRA BAŞÇISINI İSTEFA ÇAĞIRDI…backend

QAZİNİN İNTİHARI: TANINMIŞLAR SAHİL BABAYEVİ VƏ İCRA BAŞÇISINI İSTEFA ÇAĞIRDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin tanınmış yazarları, siyasi fəalları, jurnalistlər və sosial media aktivistləri qazi Elvin Cəfərovun Sabirabad İH qarşısında özünü yandırıb həyatını itirməsi ilə bağlı ayağa qalxıb. Müharibədən sonra 35 qazi intihar edib. TİA.Az bildirir ki, vətəndaşlar Sabirabadın icra başçısı Siraqəddin Cabbarovu və sosial müdafiə naziri Sahil Babayevi istefaya çağırırlar. Onlardan bəzilərini təqdim edirik:

Qələndər Muxtarlı: “II Qarabağ savaşının il dönümünə həsr olunan televiziya verilişində Elvin Cəfərovla (Mauqli) birlikdə iştirak edirdim. Elvin müharibədə aldığı yaralardan, xəsarətlərdən fikirlərini tam ifadə edə bilmirdi.
Deyirdi ki çox düşmən öldürmüşəm. Qısasımı almışam. Düşmən mənə heç nə edə bilmədi…
Düşmənmi qisasını alır Mauqli?…bizim xəbərimiz yox”.
Elxan Şahinoğlu: “Qazilərin intihar sayları artırsa dövlətin borcudur ki, bunun səbəblərini araşdırsın. Qalib ölkənin qazilərini intihara hansı problem və ya problemlər sövq edir? Bu sual çoxlarını düşündürür. Hər intihar hadisəsi araşdırlıb yekun hesabat hazırlanmalıdır. İntiharlar həm maliyyə, həm də müharibədən sonrakı psixoloji amlillərlə bağlı ola bilər. Səbəb nə olursa-olsun, bu araşdırılmalıdır. Fikrimcə, bunun üçün müvafiq komissiyanın yaradılması vacibdir. Komissiyanın yekun hesabatı mövcud problemlərin həlli üçün yol göstərə bilər”.
Rey Kərimoğlu: “Şəhid ailələri, Qazilər, veteranlar və hərbçilərlə iş üzrə dövlət komitəsi yaranmalıdır!
Başqa çıxış yolu görmürük” .


Kəramət Böyükçöl: “Daha bir qazimiz intihar etdi.

Müharibədən sonra yazmışdım ki, qazilərimiz bizim təsadüfən sağ qalmış şəhidlərimizdir.

Sanki Azərbaycan hökuməti qazilərimizdən Qarabağda qazandığımız qələbənin intiqamını alır”.

Raqif Raufoğlu: Bəlkə də tarixdə ilk qələbədir ki, orada ədəbiyyat iştirak etmədi. Elə qəribə bir mühitdir ki, heç nə yaza bilmirsən. Ürəyin doludur, amma yaza bilmirsən. Robotlara oxşayan məmurlara baxırsan və sadəcə baxırsan. Elə bil bu millətin heç vaxt ziyalıları olmayıb. Gözümüzün qabağında qazilər timsalında vətən yanır, biz də baxa-baxa qalmışıq…”

Elyar İslamoğlu: “Mən qazi Elvin Cəfərovun ailəsinin yerində olsaydım o icra başçısını iti qovan kimi qapıdan qovardım. Həm övladlarını intihar həddinə çatdırıb məzara göndərib, həm də utanmaz-utanmaz gəlib yas məclisində əyləşib.

Elvin Cəfərovun son videosunu çəkən şəxsi qınayanlar, sizə də Allah azacıq vicdan versin. Görünür vicdan paylananda başınız bərk qarışıq olub. Elvinin son videosunda hər şey açıq-açkar deyilib. Onu İcra hakimiyyətində sındırmağa çalışıblar. Düşmən qarşısında sınmayan oğullar məmur qarşısında sınmaz.

İlkin Rüstəmzadə: “Müharibədən sonra 35-ci qazimizi itirdik. Belə getsə, dinc dövrdə ölənlərin sayı müharibədə şəhid olanların sayını keçəcək.
Bu tendensiya dayanmalıdır!
Dövlət təcili məsələyə müdaxilə etməlidir!

Həbibə Abdulla: “Sahil Babayev, Zakir Həsənov, Əli Əsədov, gözünüz aydın, qazi Elvin Cəfərov vəfat etdi! Bölərsiz ona təyin edilən 420 manatı aranızda! Alırsız əzizlərinizin qisasını Azərbaycan xalqından. Allah bu xalqın sizdəki qisasını qiyamətə qoymasın!!!

AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı: “İcra başçıları vəzifələri ləğv edilməlidir! Ölkədə referendum keçirməyə böyük ehtiyac var! İslahatların daha da dərinləşməsi üçün!”

TİA.Az