QAZİNİN EVƏ GETMƏK ÜÇÜN PULU OLMADI, KÜÇƏDƏ YARDIM İSTƏDİ – FOTObackend

QAZİNİN EVƏ GETMƏK ÜÇÜN PULU OLMADI, KÜÇƏDƏ YARDIM İSTƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi qazisi imkansızlıqdan yaşadığı Masallı rayonuna gedə bilmədiyi üçün yardım istəyib.

TİA.AZ  xəbər verir ki, bu barədə Kikboksinq Federasiyasına birinci vitse-prezidenti, beşqat dünya çempionu Ehram Məcidov sosial şəbəkədə bildirib. Belə ki, Vətən müharibəsi qazisi Abdullazadə Azad Murquza oğlu müalicə aldığı hospitaldan çıxıb evə getmək üçün imkanı olmayıb:

“Bu gün təsadüfən şəhərin Qış parkı yaxınlığında bir əsgərlə rastlaşdım.Əsgər mənə yaxınlaşıb bildirdi ki, o Papanində yerləşən Hərbi Qospitaldan müalicədən çıxıb,evinə Masalli rayonuna getmək üçün maddi kömək istəyir. Əvvəlcə onun səliqəsiz geyiminə,sonra ayağında adı ayaqqabı olduğuna baxdım.

Sinəsində medalları gördüm soruşdum ki,sən bu medalları harda almısan!?.Bildirdi ki,44 günlük Vətən müharibəsində iştirak etmişəm.Səhf eləmirəmsə belə dedi:

Fizuli,Cəbrayıl,Hadrud,Şuşanin azadlığı və Cəsur döyüşçü.Ona medalların vəsiqələrinə baxa bilərəm soruşdum.Əlindəki ruqzaq sumkasini yerə qoydu,içini açdı eşələməyə başladı,sumkada əl dəsmalı,bir iki pal paltar varidi.Qirmizi rəngdə 5 vəsiqə çıxartdı mənə uzatdı.Vəsiqələri alıb baxmağa başladım.

Abdullazadə Azad Nurquza oğlu Hadrudun azadlığı,ikinci vəsiqə ,Şuşanin azadligi sözlərini oxudum,üçüncü vəsiqəsində Cəsur döyüşçü yazılmışdı.Sonra onun iki vəsiqəsinə baxmağa vaxt itirmədim,çox yorğun halsız görünürdü. Kimə yaxınlaşıram məni dilənçi kimi görürlər üst başımdan,bir nəfər sağolsun dönər aldı,su aldı mənə dedi.Sənə nə köməklik edim soruşdum, maddi köməklik lazimdir ki, mən gedim Masalli rayonuna evimə.

Ona lazımi qədər maddi köməklik görsətdim ki,gedib rahat öz evinə çatsın.

Təşəkkür elədi,son sözləridə belə oldu. Canımdan bezmişəm heç yaşamaq istəmirəm. Biz səninlə fəxr edirik, özünü toparla,lazımi orqanlara müraciyyət elə sənin sosial yaşayışını yaxşilaşdiracaqlar inşallah dedim. Sağollaşdiq ayrıldıq.

Əziz dostlar diqqətli olaq, bilməyərəkdən hər hansı bir qazimizin xətrinə dəyə bilərik.

Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.”