Qazın qiyməti niyə qalxır? – AKTUALbackend

Qazın qiyməti niyə qalxır? – AKTUAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qış hava soyuq keçərsə və bazarda təbii qaz çatışmazlığı yaranarsa, sıxlaşdırılmış təbii qazın (LNG) qiyməti 100 dollar/mln BTU-ya (britaniya istilik vahidi) qalxa bilər. Bu barədə “Citigroup Bank” analitiklərinin araşdırmasında deyilir.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qazın qiymətinin bahalaşması daha çox Avropa bazarında müşahidə olunur: “Buna təsir göstərən bir neçə faktor mövcuddur. İlk növbədə Rusiyadan ixrac olunan qazın qiymətindəki artım burada əsas faktor kimi dəyərləndirilir. Avropa komissarının da bununla bağlı açıqlaması olmuşdu. Avropa ölkələri hələ də qazla təminatını diversifikasiyalaşdırmağa nail olmayıblar. Almaniya iqtisadiyyatı böyük həcmdə Rusiyadan idxal olunan qazdan asılıdır. Eyni zamanda iqlim dəyişikliyi fonunda havaların isti keçməsi sərinləşdirici cihazlara tələbatın artmasına səbəb olub. Elektrik enerjisi istehsalı ilə bağlı qazın istehlakı artırıb. Pandemiyanın kəskin şəkildə hökm sürdüyü 2020-ci ildə təlabatın azalması səbəbindən qiymətlərdə azalma prosesi gedirdi. İndiki dövrdə isə pandemiyanın təsirləri artıq aradan qalxmaqdadır və istehsal prosesi əvvəlki həcmini bərpa etməyə başlayıb. Bu da bazarda qiymətlərin artmasına təsir edən səbəb kimi qiymətləndirilir”.