Qazın bahalaşmasından bu təbəqə yararlana biləcək – Ekspertbackend

Qazın bahalaşmasından bu təbəqə yararlana biləcək – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu qərar istehlakçıların qazdan daha qənaətlə istifadə etmələrinə gətirib çıxaracaq və yalnız mavi yanacaqdan istilik məqsədilə istifadə etməyənlər yararlanacaq. Mənfi tərəfinə gəldikdə, insanlar daha çox pul xərcləməli olacaqlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Tarif Şurasının mavi yanacağın qiymətilə bağlı verdiyi son qərarın müsbət və mənfi tərəflərindən danışarkən deyib.  O qeyd etdi ki, qərar alıcılıq qabiliyyətini aşağı salacaq:
“Hər hansı bir əmtəənin qiyməti qalxırsa, alıclıq qabiliyyəti, tələbat yüksək deyilsə, əvvəlkinə nisbətən azalmağa başlayacaq. Bu mənada qiymət artımı bazardakı alıcılığı tənzimləyən mexanizm rolunda çıxış edir. Verilən qərarın müsbət tərəfi odur ki, istənilən halda istehlakçılar artıq qazdan daha qənaətlə istifadə etməyə məcbur olacaqlar. Tarif Şurasının məlumatında göstərilir ki, 2017-ci ildən üzü bəri əhalinin istehlak etdiyi qazın həcmi 1 milyard kubmetr artıb. İndi qiymət artımından sonra əhalinin istehlak etdiyi qazın həcmi azalacaq. Qazın istehlakı əsasən hava şəraitinə bağlıdır. Mülayim havada qazdan istifadə az olur. Əvvəlki illərdə qaza görə ildə 220-230 manat pul ödəyirdim. Ancaq son illər mülayim hava şəraitilə əlaqədar bu rəqəm 180 manatdan artıq olmayıb”.
Tarif Şurasının bu qərarının mənfi təsirlərinə gəldikdə isə ekspert bildirdi ki, burada itirən, ziyna düşən yalnız vətəndaşlar olacaq, nə getsə onların cibindən gedəcək:
“Onlar qazdan istifadəyə görə əvvəlki dövrlə müqayisədə daha çox pul xərcləməli olacaq. Məsələn, bundan sonra şəxsən özümün qaz xərcim əlavə olaraq 100 manatadək artacaq. Bu qərardan yalnız “Xruşovka”larda yaşayan və qazdan istilik məqsədilə istifadə etməyənlər yararlana biləcəklər”.