Qazimizi ölümdən ürəyinin üstündəki telefonu qoruyub – Videobackend

Qazimizi ölümdən ürəyinin üstündəki telefonu qoruyub – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsinin qəhrəman qazisi Asif Məmmədli üzərində olan mobil telefonun sayəsində sağ qalıb. Laçın uğrunda gedən döyüşlərdə bu kiçik əşya döyüşçüyə sipər olub. 

“Telefon ürəyimin üstündə idi. Güllə ona dəydi, telefon güllənin zərbəsini zəiflətdi. Keçib telefonun içərisində qaldı”, – qazimiz həmin anları belə xatırlayır.

Telefonu A. Məmmədlini düşmənin 7.62 mm-lik patronundan bir dəfə qorusa da, növbəti dəfə qoruya bilməyib:

“Döyüşçü yoldaşım yaralanmışdı, onu götürüb çıxarmaq istəyəndə düşmən məni sağ qolumdan nişan aldı, yaralandım. Çox şükür ki, yaralı yoldaşımızı tibb məntəqəsinə çatdıra bildik”.

TİA.AZ AzTV-nin qazimizin Qax rayonunun Güllü kəndindəki evindən hazırladığı reportajı təqdim edir: