Qaziləri narazı salan əsas problem – Əlillik dərəcəsi necə təyin olunmalıdır?backend

Qaziləri narazı salan əsas problem – Əlillik dərəcəsi necə təyin olunmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində yaralanmış 12000-ə yaxın əsgər və zabitin əksəriyyəti müalicə olunaraq sağalıb, ordu sıralarına qayıdıb. Müdafiə Nazirliyinin yayıdğı məlumatda bildirilirdi ki, 1200-ə yaxın hərbçinin müalicəsi davam etdirilir.

Hazırda Nazirliklə yanaşı YAŞAT Fondu da onların müalicəsi, sosial problemlərinin həlli ilə məşğuldur. Fonda vətəndaşların, biznes subyektlərinin, dövlət qurumlarının könüllü şəkildə ödədiyi 30 milyon manatdan artıq ianələr toplanıb. Qurum qazilərin müalicəsini həm ölkənin tibb müəssisələrində, həm də xarici ölkələrin ixtisaslaşmış klinikalarında həyata keçirir. Bu məqsədlə artıq 50-yə qədər qazi Türkiyənin səhiyyə ocaqlarına göndərilib.

Döyüşlərdə ağır yaralaınmış hərbçilərin bir hissəsi əlil olub. Əsas narazılıqlar da onlara əlillik dərəcəsinin təyin edilməsi zamanı yaranır. Mediaya, sosial şəbəkələrə üz tutan qazilər, həkim-ekspert komissiyalarından şikayət edirlər.

Məsələn, onlardan birinin ayağı topuqdan aşağı amputasiya olunsa da, ona üçüncü qrup əlillik dərəcəsi təyin olunub.

Döyşçü bundan narazıdır, qeyd edir ki, o Vətən uğurunda vuruşub, əmək qabiliyyətini itirib: “Deyirlər, təlimata görə, ayaq dizdən aşağı kəsildiyi halda ikinci qrup əlillik verilə bilərdi. Bu ədalətsizlikdir, mən avtoqəzada yaralanmamışam axı, döyüşlərdə sağlamlığımı, əmək qabiliyyətimi itirmişəm”.

Qeyd edək ki, şikayətlər hər gün çoxalsa da, problemin həlli ilə bağlı hər hansı açıqlama verilmir.

Vətəndaşların Əmək Liqası İctimai Birliyinin rəhbəri Sahib Məmmədov hesab edir ki, Vətən uğrunda əlini, ayağını, barmağını, lap elə barmağının ucunu itirən şəxslərə münasibət, müavinət, pensiya fərqli olmalıdır.

Onun sözlərinə görə, bununla belə, ayağını topudadan yuxarı, dizdən yuxarı, bud çanaq oynağından yuxarı itirənlər arasında da fərq olmalıdır: “Bu, tibbi nöqteyi-nəzərdən mübahisə doğurmur. Əlillik kriteriyaları dəyişən zaman bu fərqləndirmə qalacaq. Sadəcə insanın əmək qabiliyyətini itirmə göstəricilərini nisbətən daha dəqiq müəyyənləşdirmək mümkündür”.

QHT rəhbəri bildirir ki, heç kəsə hansısa əlamətinə və eyni sağlamlıq durumuna görə fərqli dərəcə müəyyən edilə bilməz.

Onun sözlərinə görə, bu halda müavinət, pensiya və s. digər ödəniş, müalicə xərci, reablitasiya imkanları fərqli ola bilər: “Avtoqəzada eyni dərəcədə xəsarət alanla, Vətən uğrunda döyüşdə yaralananı belə üsulla fərqləndirmək mümkündür. Yeri gəlmişkən, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarında peşə əmək qabiliyyətini itirənlər həm şığorta şirkətindən və ya işəgötürəndən kompensasiya alır, həm də DSMF-dən pensiya. Bizdə müharibədə əlil olan qazilərimizə əlillik dərəcəsinə uyğun pensiya ilə yanaşı müavinət də verilir. Amma pensiyanın özü ilə bağlı yenilik etmək pis olmaz”.