QAZİLƏR SAHİL BABAYEVİN QAPISINI SINDIRDILAR – EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ-VİDEObackend

QAZİLƏR SAHİL BABAYEVİN QAPISINI SINDIRDILAR – EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Qazilərdən biri qapının açılmasını tələb edib. Daha sonra o, nazirliyin giriş qapısını təpiklə sındırıb.
Bundan sonra qazinin ürəyi gedib. İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.
Hadisə ilə bağlı TİA.Az-a danışan hərbi ekspert Ramil Məmmədli deyib ki, qazilərə olan münasibətlə bağlı bir neçə dəfə həyəcan təbili çalınıb və ölkədə bu məsələ ilə bağlı ciddi narahatlıqların olduğu da sirr deyil.


“Düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumunda bu hadisənin baş verməsi birmənalı olaraq müharibə veteranlarına qarşı hər hansı bir diqqətsizliyin və qanun pozuntusunun baş verməsi ilə bağlıdır.
Çünki hər şey normal olsaydı, müharibə veteranları bu addımı atmazdı. Təbii ki, bu məsələlər öz həllini tapmalıdır. Burda iki istiqamət var: Birinci, istiqamət odur ki, müharibə veteranları niyə bunu etmək məcburiyyətində qaldılar? İkinci məsələ isə etməli idilərmi? Hesab edirəm ki, hər hansı bir dövlət qurumunun qapısının sındırılması və orda bu formada hay-küy edilməsi doğru deyil və bu, qanun pozuntusudur”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, amma onları bu həddə gətirən şəxslərin yaxud da dövlət qurumunun cəzalandırılması da məsələnin tərkib hissəsi olmalıdır: “Yəni birmənalı olaraq burada müharibə veteranlarını ittiham etmək doğru deyil. Belə halların qarşısını alınması üçün onlara xüsusi diqqət nümayiş etdirilməlidir. Çünki bu adamlar Vətən müharibəsi iştirakçılarıdır və Azərbaycan xalqının qürur mənbəyi, düşmən üçün göz dağıdırlar. Veteranlar döyüş yolu keçiblər, bəzilərində kontuziya, ciddi sinir problemləri var. Onlara davranışda belə məsələləri diqqətə almaq lazımdır”.

Aytac

TİA.Az