Qazi sosial şəbəkədə haray salırsa, deməli, kimsə yerində deyil – HƏQİQƏTƏN DƏ…backend

Qazi sosial şəbəkədə haray salırsa, deməli, kimsə yerində deyil – HƏQİQƏTƏN DƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudilər dünya əhalisinin cəmi 0,2 faizini təşkil edir. Amma XX əsrdə Nobel mükafatı almış alimlərin 42 %, XXİ əsrdə isə 37 % məhz yəhudilərdir. “Forbes” jurnalının dərc etdiyi dünyanın ən varlı adamlarının siyahısına baxsaq, onların 25 %, başqa sözlə 1/4-i yəhudilərdir. Hələ Hitlerdən xeyli əvvəl, orta əsrlərdə, demək olar ki, bütün Avropada vaxtaşırı yəhudi talanları təşkil olunur, hər cür diskriminasiyaya məruz qalır, yaşadıqları yerlərdən qovulurdu. Bu çətinlik onları məcbur etdi ki, daha da kamilləşsinlər, savadlansınlar, bir-birinə yardım etsinlər, ağıl və intellektləri ilə dövlətlər üçün az qala əvəzolunmaz şəxsə çevrilsinlər. Elm və texnikada ən mühüm kəşflərin arxasında məhz yəhudi imzası var. Nə yaxşşı ki, öz gücü hesabına ayağa qalxmış və zirvələrə doğru irəliləməkdə olan İsrail də dostumuzdur, yəhudi xalqı da.
Yəhudilər barəsində boş yerə danışmadım. Tanıdığım bir siyasətçi Azərbaycan barəsində danışarkən maraqlı bir fikir işlətmişdi. “Azərbaycan sanki müxtəlif dövlətlərin gedib- gəldiyi körpünün üzərində qurulmuş bir dövlətdir. Həm ayaqda qalmalıyıq, həm heç kimin xətrinə dəyməməliyik, həm də bu çətin qonşuların əhatəsində güclənməliyik. Başqa cür yolumuz yoxdur”.

Bir dövləti dövlət kimi gücləndirən onun xalqının intellektual səviyyəsidir.

Təhsilin, elmin, texnikanın, iqtisadiyyatın önəmindən dəfələərlə danışımıq. İnsan kapitalına yönəlik siyasi kursumuz da var. Amma hələlik sanki bunu canımızda , qanımızda dərk etmirik. Məktəblər məktəb olmaq xatirinə var, xəstəxanalar da, sosial rifahımızı təmin edən qurumlar da. 44 günlük müharibədəki zəfərimizin 1 ili tamam olmamış qazilərimiz göz yaşları və qəzəb içərisində dərd sərlərinə çarəni sosial şəbəkələrdə arayırsa, haraylarına yalnız məsələ ictimailəşdikdən sonra “quş qoymaq” qaloçka xatirinə nazirlikdən cavab verilirsaə deməli heç də hər şey istənilən kimi deyil.

Azərbaycan uzun illər vətəndaş cəmiyyəti olmaq yolunda təbliğat apardı. Bunun nə demək olduğunu bir çoxları anlamdı, amma deyəsən sosial şəbəkələrdə sosial şikayətlər əsasında formalaşan cəmiyyət əsl vətəndaş cəmiyyəti olmaq yolunda irəliləyir. Problemləri işıqlandırır, çarə tapılması üçün haray çəkir, dövlət qurumlarına səsini eşitdirə bilər. Bu anlamda sosial şəbəkələrdəki bu faəliyyəti təqdirəlayiq hesab eləmək olar. Amma bu irəliləyiş təkcə şikayətçi olan vətəndaşlara yox, dövlət də nail olmalıdır. Müharibə dönəmində vətəndaşı gəlib yatağından qaldırıb, cəbhəyə aparan qurum, müharibədən sonra sağlamlığını itimiş həmin şəxsin qayğısına qalmaq məsuliyyətini də daşıyır. Əlil olmuş şəxs yardımı sosial şəbəkələrdə yox, Müdafiə Nazirliyində ƏƏSMN- də tapmalıdır. Sözügedən qurumlar yardımı yuxarıdan töhmət almaq üçün yox, vəzifələridir deyə etməlidirlər. Utancverici hadisədir, hansısa vəzifəli şəxs, İcra Hakimiyyəti başçısı bir qutu ərzağa dəyib, şəhid ailəsinə baş çəkir, amma hədiyyəsini verməzdən öncə mütləq şəkil çəkdirib , özünü rekalm edir. Düzdür bunu görülən işin hesabatı kimi də anlamaq olar. Amma hər kəs də gərək adına layiq iş görə. O boyda məmurun şəhid və qazi ailəsinə rəva gördüyü çəkisi cəmi cümlətanı 5-6 kilo təşkil edən ərzaq qutusu olmamalıdır.

Biz özümüz özümüzə sevgi, kömək göstərməyi tam anlamı ilə bacaranda, kiməsə görə yox, vicdanımız yıxılanın əlindən tutub qaldırmağı öyrənəndə, təhsilimizin , texnologiyalarımızın bir nəfərin yox, hamımızın rifahına xidmət etməli oduğunu bilib, yeni nəslə dəstək olanda nüfuzlu xalq olacağıq. O zaman yəhudilər, yaponlar kimi bizdən də riqqətlə danışacaqlar.

Bizimyol.info