Qazi intihar edəcəyini deyəndən sonra rəsmi qurumlar hərəkətə keçibbackend

Qazi intihar edəcəyini deyəndən sonra rəsmi qurumlar hərəkətə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsi iştirakçısı Füzuli Hüseynov bu gün Prezident Administrasiyası (PA) önündə özünü yandıraraq etiraz edəcəyi barədə məlumat verib.

Müharibə veteranı “Toplum TV”-yə açıqlama verərkən sosial problemlərinə diqqət çəkib:

“Kirayədə qalıram, çatdıra bilmirəm. Veteranlıq pulu almalıyam, hələ də xəbər yoxdur”,- deyə F.Hüseynov əlavə edib.

Qazinin sözlərinə görə, özünü yandıracağı anonsundan sonra ona PA və Yasamal rayonu icra hakimiyyətindən zənglər edilib.

“Dedilər ki, nə köməklik lazımdırsa, edəcəyik. Hazırda Prezident Administrasiyasının əməkdaşları ilə birlikdəyəm. Burdan çıxdıqdan sonra İcra Hakimiyyətinə gedəcəm”,- qazi bildirib.

Prezident İlham Əliyev 2021-ci ilin dekabrın 29-da “Veteranlar haqqında” sərəncam imzalayıb. Sərəncam bu ilin yanvarın 1-dən qüvvəyə minib. Sənədə əsasən, hər bir müharibə iştirakçısı bu ildən hər ay 80 manat təqaüd alacaq.