Qazaxıstanın yeni prezidenti Tokayev olacaqbackend

Qazaxıstanın yeni prezidenti Tokayev olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 70,76 faiz seçici Kasım-Jomart Tokayevə səs verib.

TİA.AZ-ın məlumatına görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib.

Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

K.Tokayevin namizədliyi hakim “Nur Otan” partiyası tərəfindən irəli sürülüb.