Qazaxıstandakı aksiyalarda 95 polis xəsarət alıb, 200 etirazçı saxlanılıbbackend

Qazaxıstandakı aksiyalarda 95 polis xəsarət alıb, 200 etirazçı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda maye qazın kəskin bahalaşmasına etiraz edənlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş toqquşmalar xeyli insanın xəsarət alması ilə nəticələnib.
Bu barədə “Kazinform” Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, bu hadisələr nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. Dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq və dövlət binalarına hücumla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb. İctimai asayişi pozduqlarına görə 200-dən çox şəxs saxlanılıb.

“Daxili işlər orqanları əhalinin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür”, – Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ölkədə maye qazın bahalanmasına üçgünlük etirazlardan sonra hökuməti istefaya göndərib.

Etirazlardan sonra Manqistau vilayətində 1 litr maye qazın qiyməti 120 təngədən (0,27 dollar) endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.

Qazaxıstan prezidenti Alma-Ata və Manqistau vilayətində fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət yanvarın 19-dək davam edəcək.