QAZAXISTANDA YANVAR İNQİLABI ,YOXSA RUS İŞĞALI ? -MÜTƏXƏSSİSLƏR DANIŞIRbackend

QAZAXISTANDA YANVAR İNQİLABI ,YOXSA RUS İŞĞALI ? -MÜTƏXƏSSİSLƏR DANIŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstan prezidenti Tokayevin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin sadə səbəbi var. O Qazaxıstan polisinin və ordusunun etirazları yatırtmağa gücü çatmayacağından, ən pis halda isə etirazçıların tərəfinə keçəcəyindən qorxduğu üçün Moskvaya müraciət etdi”-TİA.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Qazaxıstan iğtişaşlarını belə şərh edib. Onun sözlərinə görə, ordu və polis həmişə güclünün yanında yer alır: ”

Güclər arasında nisbət dəyişəndə ordu və polis düşünməyə başlayır və verilən əmrləri dəyişən nisbətə görə icra edir. Uzaq və yaxın tarixdə baş verən inqilablar da bundan xəbər verir. Tokayevin qorxusu əsassız deyildi, bəzi yerlərdə polis işçiləri etirazçılara qoşulmuşdular və bu prosesin getdikcə genişlənməsi ehtimalı yüksək idi. Tokayev hakimiyyəti qorumaq üçün bu vəziyyətdə Moskvadan yardım istədi. Ancaq bu yardım və hadisələrin bundan sonrakı inkişafı Qazaxıstan üçün yeni təhlükələr yaradacaq”.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Qazaxıstanda etirazları fərqləndirən iki amil var:
“Kütlənin lideri yoxdur: dağınıq formada hərəkət edirlər, etirazlar dağıntılarla müşahidə olunsa da, iştirakçıların sayı hakimiyyəti devirəcək qədər deyil. Əsas təhlükə etirazçılar arasında silahlı qrupların olması və ölkədə faktiki silahlı toqquşmanın yaşanmasıdır. Qazaxıstan öz ordusu ilə silahlı üsyanın qarşısını ala bilərdi, hərçənd, KTMT-yə müdaxilə üçün müraciət etdi. Və bunun Rusiyanın ssenarisinin tətbiqi olduğu görünür”.