Qazaxıstanda maye qazın qiyməti endirildibackend

Qazaxıstanda maye qazın qiyməti endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Manqistau vilayətində ötən gündən etibarən kütləvi etiraz aksiyaları keçirilir.

TİA.AZ-ın RİA Novosti-yə istinadən məlumatına görə, Aktauda Hökumət Komissiyasının üzvləri aksiyada iştirak edən fəallarla görüşüb. Respublikanın baş nazirinin mətbuat katibliyindən bildirilib ki, görüşdə şəhərin təşəbbüs qrupu ilə danışıqların nəticəsi açıqlanıb. Qeyd olunub ki, Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (11 dollar) məbləğində müəyyən edilib.

Daha əvvəl etirazlar fonunda Baş nazir Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb.

Prezident Kasım -Jomart Tokayev isə öz tvitter hesabında yazıb ki, Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb.

Xatırladaq ki, etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.