Qazaxıstanda fövqalədə vəziyyət elan edildi – Xalqla polis arasında qarşıdurma (VİDEO)backend

Qazaxıstanda fövqalədə vəziyyət elan edildi – Xalqla polis arasında qarşıdurma (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində və Almatı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

TİA.AZ xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Fövqəladə vəziyyət 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar saat 00.00 dəqiqəyə qədər qüvvədə olacaq.

Bildirilib ki, fərman ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə imzalanıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Tokayev  nümayişçilərə müraciət edərək onlardan sabitliyi bərpa etməyi xahiş etmişdi. Bildirmişdi ki, etirazçıların sosial-istisadi xarakterli tələblərinə sabah paytaxtda keçiriləcək toplantıda ayrıca baxılacaq.

Xatırladaq ki, daha əvvəl etirazlarla əlaqədar Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb. Etirazlardan sonra Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.