Qazaxıstanda atışmalarda on bir yaşlı uşaq həlak olubbackend

Qazaxıstanda atışmalarda on bir yaşlı uşaq həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı bir uşaq güllə yarasından ölüb, bir yeniyetmə isə yaralanıb.

Bu barədə Qazaxıstanın Uşaq Hüquqları üzrə Ombudsmanının mətbuat xidməti məlumat yayıb.

Uşaq hüquqları üzrə ombudsman Aruzhan Sainin sözlərinə görə, yanvarın 5-də Almatıda valideynləri ilə gəzən on bir yaşlı uşaq güllə yarasından həlak olub.

Qeyd olunur ki, yanvarın 7-də 15 yaşlı yeniyetmə ağır güllə yaraları ilə Almatıdakı uşaq xəstəxanalarından birinə aparılıb, həkimlər onun həyatı üçün mübarizə aparır. Yeniyetmə atası ilə birlikdə maşında gedən zaman onların avtomobilinə atəş açılıb.