Tribuna İnformasiya Agentliyi

Qazaxıstan Prezidenti billbordlarda portretlərinin olmasına qarşı çıxıb

12 Aprel

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev onun şəklinin təsvir olunduğu reklam lövhələrinin quraşdırılmasının yersiz olduğunu düşünür.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”də yazıb.

“Mənə məlumat verildi ki, Aktau şəhərində üzərində şəklim olan 14 billbord qoyulub. Hesab edirəm ki, bu, tamamilə yersizdir, belə təbliğata ehtiyacım yoxdur”, – məlumatda deyilir.

Tokayevin sözlərinə görə, billbordlar Elbası (millətin lideri) Nursultan Nazarbayevin rəhbərliyi ilə dövlətin real uğurlarını nümayiş etdirməlidir.

O qeyd edib ki, bu, onun bütün səviyyələrdə olan akimlərə tapşırığıdır.