Tribuna İnformasiya Agentliyi

Qazaxıstan milli valyutası dollara nisbətdə ucuzlaşmaqda davam edir

14 Avqust

Qazaxıstan milli valyutası Amerika dollarına nisbətdə ucuzlaşmaqda davam edir.

“Report” “kurs.kz” saytına istinadən xəbər verir ki, avqustun 14-də ölkənin əksər mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır. Bəzi məntəqələrdə isə dollar 368-369 tengeyə təklif olunur.

Avqustun 13-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının orta ölçülmüş məzənnəsi 1 dollar üçün 363,22 tenge təşkil edib.

Milli Bankın avqustun 14-ü üçün məzənnəsi 1 ABŞ dolları üçün 363,2 tengedir.