Qazaxıstan çağırışçı rusiyalıları geri verməyəcəkbackend

Qazaxıstan çağırışçı rusiyalıları geri verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan çağırışçı rusiyalıları geri verməyəcək.

Bu barədə Qazaxıstanın xarici işlər naziri Marat Axmetjanov məlumat verib.

Onun sözlərinə görə, Rusiya daxilində çağırışçılar barəsində axtarış elan edilməsinin hüquqi əsası yoxdur.

Nazir bildirib ki, Qazaxıstandan Rusiyaya təhvil verilməsi üçün onlar barəsində beynəlxalq axtarış elan olunmalıdır: “Söhbət səfərbərlikdən getmir. Mən səfərbərlikdən danışmıram. Mən cinayət əməllərindən bəhs edirəm”.

M.Axmetjanov deyib ki, hərbi komissarlıqların çağırışçılar barəsində axtarış elan etməsi onların təhvil verilməsi üçün hüquqi əsas sayılmır.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə göndərilmək üçün qismən səfərbərlik elan etdikdən sonra vizasız rejimin olduğu ölkələrə axın artıb.