Qazaxıstan 9 mayda qələbə paradı keçirməkdən imtina etdibackend

Qazaxıstan 9 mayda qələbə paradı keçirməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstan Müdafiə Nazirliyi bu il Qələbə Günündə parad keçirməyi planlaşdırmadığını bildirib. 
TİA.AZ xəbər verir ki, bu barədə RİA Novosti nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Belə bir qərar qəbul etməsinin səbəbi haqda Respublika Müdafiə Nazirliyi məlumat verməyib. Eyni zamanda, mətbuat xidməti Qazaxıstanda bir sıra hərbi-vətənpərvərlik tədbirlərinin keçiriləcəyini, onların bəzilərində Böyük Vətən Müharibəsi və respublikanın silahlı qüvvələrinin veteranlarının xatirəsini ehtiramla yad edəcəyini vurğulayıb.
İnişil və keçən il də Qazaxıstan hakimiyyəti pandemiya səbəbindən paradı ləğv etmişdi.
Bundan əvvəl məlum olub ki, Moldova parlamentinin deputatları Ukraynada müharibədə iştirak edən rusiyalı hərbçilərin istifadə etdiyi “Müqəddəs Georgi” lentinin, eləcə də “Z” və “V” simvollarının nümayişinə görə cəza tətbiq ediblər.
Kreml 9 May bayramının “həmişə olduğu kimi” qeyd olunacağını bildirib.