Qazaxın işğaldakı kəndlərində Rusiya qoşunları mövqe qurubbackend

Qazaxın işğaldakı kəndlərində Rusiya qoşunları mövqe qurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya postlarının Tavuş vilayətində qurulması anklav ərazilərin Azərbaycana qaytarılması ilə bağlı ola bilər”.
Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə “Şərəf duyuram” blokunu üzvü Tiqran Abramyan açıqlama verib.
O, Ermənistan hakimiyyətini bununla bağlı məlumatları xalqdan gizlətməkdə ittiham edib.
“Artıq bəzi proseslər ictimaiyyətdən gizli şəkildə aparılır. 102-ci hərbi bazanın ölkənin fərqli yerlərində zastava və müdafiə məntəqələrini qurmasını normal qarşılayıram. Amma hökumət mətbuatda məlumatların çıxmasından öncə bu barədə informasiya verməlidir”- Abramyan deyib.
Qeyd edək ki, hazırda Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.