Qazaxda yeni çəkilən yol çöküb – FOTObackend

Qazaxda yeni çəkilən yol çöküb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax şəhərində altı ay əvvəl çəkilən yol çöküb. 

TİA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, şəhərdə küçələrinin birində yol təzə təmir olunsa da, artıq çöküb.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:

“Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.

Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil”.